İdman

“Messi əla futbolçudur, amma Tanrı deyil” – Roma Papası

Roma Papası Fransisk “Barselona”nın hücumçusu Lionel Messinin futbol Tanrısı adlandırılmasına münasibət bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, yerli telekanallardan birində qonaq olan argentinalı din xadimi argentinalı superulduzun bu cür çağırılmasının düzgün olmadığını söyləyib:

“Bu, nəzəri cəhətdən ola bilər. Ancaq belə danışmaq yolverilməzdir. Şəxsən mən Messinin Tanrı olduğuna inanmıram. Siz inanırsınız? İnsanlar onu Tanrı adlandıra bilərlər. Necə ki, bir-birilərinə “Səni sevirəm” deyirlər. Ancaq yalnız Tanrıya ibadət edirlər. Yəni, bu, sırf onların fikirləridir. “O, topla meydançada Tanrıdır” – bu, öz fikrini ifadə etmək üçün populyar vasitədir. Əlbəttə, Messi əla futbolçudur, amma Tanrı deyil”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, Papa Fransisk Argentinanın “San-Lorenso” klubunun azarkeşidir.

Bənzər yazılar

Back to top button