Dünya

Bələdiyyə sədri seçildi, kreslosunu yandırdı (FOTO)

Türkiyədə Əlbistan bələdiyyə sədri seçilən Mehmet Gürbüz vəzifə kreslosunu yandırıb.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə seçkinin qalibi olan Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Gürbüz əvvəlcə şəhər meydanında yerləri süpürüb, daha sonra isə sədr kreslosunu yandırıb və açıqlama ilə çıxış edib:

“Bizim kreslo sevgimiz yoxdur. Vətəndaşlara xidmət etmək üçün bu yola çıxmışıq. Bu gün bu meydanda bahar təmizliyi həyata keçiririk. Şəhərdə yaşayan insanların rahatlığı və xoşbəxtliyi, Əlbistanı layiq olduğu səviyyəyə gətirmək, adını tanıtmaq üçün çalışacağıq. Heç bir vətəndaşımız məyus olmasın, seçkilərdə məğlub olan olmadı, Əlbistan qazandı”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button