Bizim seçimHadisə

Ali Məhkəmə mübahisəli prosesi iki həftəliyə təxirə saldı

Ali Məhkəmənin vətəndaş Sübhan Zayıdov və “Yeni Həyat Şirkətlər Qrupu” arasında mülkiyyət çəkişmələri ilə bağlı bu gün keçirdiyi məhkəmə prosesi iki həftəliyə təxirə salınıb.

Məlumatı “Hürriyyət”ə Sübhan Zayıdovun yaxınları verib.

Qeyd edək ki, mübahisə predmeti olan 5 hektarlıq ərazi tərəflər arasında mübahisə predmetinə çevrilmiş, Xətai rayonu və Apellyasiya məhkəmələri “Yeni Həyat”ın lehinə qərar vermişdi. Halbuki, Əhmədli rayonunun Zığ qəsəbəsində yerləşən həmin torpaq sahəsi 2004-cü ildə “Mərmər” ASC tərəfindən Sübhan Zayıdova satılmış və təsdiqləyən hüquqi sənədlər imzalanmışdı. Lakin iş adamının ərazini özəlləşdirmə cəhdi Dövlət Əmlak Komitəsinin real qiymətindən astronomik ölçüdə rüşvət istəməsiylə alınmamışdı. Üzərindən 10 il keçəndən sonra ərazi “Yeni Həyat”ın adına özəlləşdirilmişdi.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Ən maraqlı məsələ isə “Yeni Həyat Şirkətlər Qrupu”nun özünü Prezident ailəsinə bağlı iqtisadi təşkilat kimi göstərməsidir. Sübhan Zayıdov isə şirkətlər qrupunun sədri Babək Babayevin sabiq Vergilər naziri Fazil Məmmədovun yaxını olduğunu iddia edir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button