Dünya

Baxça müəlliməsi 23 uşağı zəhərlədi

Çində baxça müəlliməsi 23 uşağı zəhərləmək ittihamı ilə həbs edilib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, azyaşlıların vəziyyəti səhər sıyıq yeyəndən sonra pisləşib və onlar xəstəxanaya aparılıb. Təhqiqatın nəticəsində yeməkdə yüksək miqdarda sodium nitrit aşkarlanıb. Zəhərlənən uşaqlardan 15-i evə buraxılıb, 8-inin müalicəsi isə davam etdirilir. Onlardan birinin vəziyyəti ağırdır.

Yeməyə sodium nitrit əlavə edən müəllimin bunu hansı məqsədlə etməsi qeyri-müəyyəndir, lakin addımın qisas məqsədilə ilə atıldığı təxmin edilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button