Hadisə

Zəlzələnin ziyan vurduğu evlərin yekun statistikası

Cari ilin fevral ayının 5-i və 6-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində 8810 müraciət qeydə alınıb və agentliyin mütəxəssisləri tərəfindən 8352 fərdi yaşayış evinə baxış keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə agentliyin rəisi Cəbrayıl Xanlarov məlumat verib.

Onun sözlərinə görə, Şamaxı rayonu ərazisində 267 qəzalı, 1227 evin bərpaya ehtiyacı olması, İsmayıll rayonu ərazisində 101 qəzalı, 290 evin bərpaya ehtiyacı olması və Ağsu rayonu ərazisində 215 qəzalı, 351 evin bərpaya ehtiyacı olması müəyyən edilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Şamaxı rayonu ərazisində aprelin 2-nə olan məlumata əsasən, 47 ev sökülüb, 40 evin tikintisinə başlanılıb, İsmayıll rayonu ərazisində 10 ev sökülüb, 10 evin tikintisinə başlanılıb, Ağsu rayonu ərazisində 22 ev sökülüb, 6 evin tikintisinə başlanılıb. Göstərilən rayonlar üzrə ümumilikdə 79 ev sökülüb, 56 evin tikintisinə başlanılıb.

Bundan başqa, Şamaxı şəhəridə 2 girişli, 4 mərtəbəli, 44 mənzilli yaşayış binasının tikintisi üçün agentliyin “Azərdövlətlayihə” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanıb və hazırda yaşayış binasının tikintisi davam etdirilir.

Şamaxı rayonunda bərpa işlərinin aparılması məqsədilə 235 evdə ölçü işləri aparılıb və bundan 132 evin layihə-smeta sənədləri hazırlanır.

C.Xanlarov qeyd edib ki, baş vermiş təbii fəlakət nəticəsində adları çəkilən rayonlarda ziyan çəkmiş sosial obyektlərə də komissiyalar tərəfindən baxış keçirilib. Keçirilmiş baxış nəticəsində Şamaxı rayonunda 2 qəzalı, 4 bərpaya ehtiyacı olan sosial obyekt, İsmayıllı rayonunda 3 qəzalı, 6 bərpaya ehtiyacı olan sosial obyekt, Ağsu rayonunda 4 qəzalı sosial obyekt müəyyən edilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button