İdman

“Barselona”nın 160 milyon xərclədiyi futbolçuya 3 klubdan təklif

“Barselona”nın satmaq istədiyi Filip Kountinyonu heyətinə qatmaq istədiyi klubların adları açıqlanıb.

Fanat.Az xəbər verir ki, braziliyalı ulduz Avropanın 3 böyük klubu ilə danışıqlar aparır. Belə ki, Kountinyonu “Çelsi”, PSJ və “Mançester Yunayted” heyətinə qatmaq istəyir.

“Barselona” 2018-ci ilin qışında “Liverpul”dan 135 milyon avroya aldığı, bonuslarla birlikdə transferinə təxminən 160 milyon avro xərclədiyi futbolçunu 130 milyona satmaq istəyir.

Kountinyonu heyətinə qatmaq istəyən klublardan “Çelsi”nin iki dönəm transfer qadağası var. Buna baxmayaraq, London klubunun rəsmiləri futbolçunun meneceri ilə görüşərək danışıqlar aparıblar.

Bənzər yazılar

Back to top button