İdman

Ronaldodan “Yuventus” azarkeşlərinə şad xəbər

Kriştiano Ronaldo zədəsini sağaldıb.

Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, “Yuventus”un portuqaliyalı ulduzu oynamağa hazırdı. Ronaldo Çempionlar Liqasının 1/4 finalında “Ayaks”la ilk oyununda meydana çıxa biləcək. Onun bərpa müddəti gözləniləndən də tez bitib.

“Marca”nın məlumatına görə, Ronaldo A Seriyasının XXXI turunda “Milan”la baş tutacaq görüşdə də oynamağa hazırdı. Amma məşqçilər korpusu risk etmək niyyətinə deyil.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, Ronaldo “AVRO-2020″nin seçmə mərhələsində Serbiya ilə matçda zədələnib.

Bənzər yazılar

Back to top button