Digər
Anamüxalifət liderinin qardaşı aclıq aksiyasına başladı-Şok təfərrüat: “Pornoçu, FETÖ-çü…”

Türkiyədə anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu aclıq aksiyasına başlayıb.
AzToday.Az xəbər verir ki, bu barədə məlumatı anamüxalifətçi liderin qardaşı sosial şəbəkədəki səhifəsində yayıb.
Böyük qardaşının başlatdığı “Ədalət yürüşü”nə qarşı çıxan Cəlal Kılıçdaroğlu bildirib ki, Kamal Kılıçdaroğlu yürüşü dayandırmayana qədər aclıq aksiyasına (ölüm orucu) davam edəcək.
Aksiyaçı Cəlal Kılıçdaroğlu sosial şəbəkədə, “Pornoçu bələdiyyə sədri, FETÖ-çü abi istəmirəm” yazılmış şüarla çəkdirdiyi fotoşəklini də paylaşıb.