Bizim seçimHadisə

Uşaqlara verilən məşhur qida satışdan çıxarılır – İçindən yad cisim tapılıb (Foto)

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.

Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur.

Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Bənzər yazılar

Back to top button