İdman

“Mançester Yunayted” 6 futbolçusunu göndərir

“Mançester Yunayted” mövsümün sonunda heyətdə bəzi dəyişikliklər etməyi planlaşdırır.

Qol.az-ın “Sky Sports” nəşrinə istinadən yaydığı xəbərə görə, “qırmızı şeytanlar” yayda 6 futbolçu ilə yollarını ayıracaq. Bunlar Ander Errera, Xuan Mata, Aleksis Sançes, Antonio Valensiya, Markos Roxo və Matteo Darmiandır. Bu futbolçulardan yalnız Sançesin komandada qalmaq ehtimalı var. Çilili futbolçu ilə bağlı son sözü baş məşqçi Ole-Qunnar Sulşerin deyəcəyi bildirilir.

Qeyd edək ki, mövsümün sonunda “Mançester Yunayted”lə müqaviləsi başa çatacaq David De Xea ilə isə yaxın günlərdə yeni sözləşmə imzalanacağı gözlənilir.

Bənzər yazılar

Back to top button