Dünya

Parlament yanlışlıqla xarici himnləri qadağan etdi

Slovakiya Parlamenti ölkədə xarici himnlərin ifasını qadağan edib.

Qaynarinfo xəbər verir ki, ictimai yerlərdə himnin oxunması üçün 7 min avro cəza müəyyənləşdirilib. Xarici ölkələrin himnləri yalnız rəsmi tədbirlərdə nümayəndə heyəti tərəfindən ifa edilə biləcək.

Koalisiya hökumətinin nümayəndələrindən olan Slovak Milli Partiyası qanunun ölkənin milli simvollarını mühafizə etmək məqsədi daşıdığını bildirib.

Etnik macarlar tərəfindən qurulan və koalisiya üzvlərindən olan “Most-Hid” Partiyası qanunun leyhinə yanlışlıqla səs verdiklərini açıqlayıb. Partiya, prezident Andrey Kiskadan qanunun yenidən parlamentə qaytarılmasını istəyib.

Bənzər yazılar

Back to top button