İdman

“Biz “Real” deyilik” – Klopp

“Çox istəkliyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İlk matçı evimizdə oynayacağıq. Yaxşı nəticə əldə etmək istəyirik. Bizim üçün önəmli oyundur”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Liverpul”un baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının 1/4 finalında “Portu” ilə ilk oyun öncəsi deyib.

“Çempionlar Liqasında dalbadal ikinci mövsümümüzü keçiririk. Biz ardıcıl 3 mövsüm kuboku qazanan “Real” deyilik. Rəqabət aparmağı sevirik və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” – deyə o bildirib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Alman mütəxəssis Portuqaliya təmsilçisi haqda müsbət fikirlər səsləndirib: “Portu”ya hörmət etməliyik. Bu, çox təcrübəli və güclü komandadır. Onlarla yenidən oynamaqdan məmnunuq. Ötən il 5:0 hesablı qələbə qazandığımızda daha bura gəlməyəcəyimizi düşündüm. Amma yenidən onlarla qarşılaşdıq. Məşqlərdə ciddi hazırlaşırıq. Bu mövsüm kitabımızda yeni səhifə açmaq istəyirik”.

Qeyd edək ki, “Liverpul” – “Portu” görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button