İdman

Boss baş məşqçidir – Essyendən açıqlama

“Mənə görə problem Sarrinin oyun üslubunda deyil. Hər şey futbolçuların meydanda özlərini necə göstərmələrindən asılıdır. Sizdən necə oynamağı istəsələr, yaxşı futbolçu kimi bunu etməyə çalışmalısınız”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Səbail”in yarımmüdafiəçisi Maykl Essyen “goal.com”a müsahibəsində deyib. Sabiq komandası “Çelsi”nin bu mövsümdəki çıxışı barədə danışan qanalı futbolçu oyunçuların baş məşqçisi Mauritsio Sarrinin tapşırıqlarına əməl etməli olduqlarını söyləyib:

“Baş məşqçi komandanın bossudur. Bütün futbolçular ona qulaq asmalı və komandanın xeyirinə olan tapşırıqlarını yerinə yetirməlidirlər”.

Sarrinin oyun üslubunun tənqid olunmasına da münasibət bildirən Essyen bunun doğru olmadığını düşünür: “Komandada hər şey baş məşqçinin səlahiyyətindədir və burada digərlərinin nə düşündüyü elə də önəmli deyil. Onun öz oyun üslubu var. Hər gün məşqdə futbolçuları görür, onların zəif və güclü tərəflərini bilir. Əgər çalışdırıcı deyirsə ki, bu futbolçu filan mövqeədə oynayacaq, burada edə biləcəyiniz heç nə yoxdur. Biz yalnız “Çelsi” azarkeşləri kimi hansı futbolçunun harada oynamasından asılı olmayaraq, qələbə qazanması üçün komandanı dəstəkləməliyik”.

Bənzər yazılar

Back to top button