Bizim seçimİdman

Hövsan OİK-də “Qarabağ” Karate Klubunun 3-cü Klublararası Birinciliyi keçirilib

7 aprel 2019-cu il tarixində Hövsan Olimpiya İdman Kompleksində Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası (AKFA) və “Qarabağ” Karate Klubunun birgə təşkil etdiyi 3-cü Klublararası Birincilik keçirilib.

Açılış mərasimində yarışın təşkilatçıları və sponsorları tərəfindən son yarışlarda yüksək nəticə göstərən idmançılara hədiyyələr, eyni zamanda qonaqlara fəxri fərmanlar təqdim olunub. Tədbirdə çıxış edən Dünya Şotokan Federasiyasının (DŞF) İdarə Heyətinin üzvü, DŞF-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Arif Məmmədov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Suraxanı Rayon İdarəsinin rəisi Amil Bağırov, “Qarabağ” Karate Klubunun rəhbəri İbrahim Heydərov karateçilərə uğurlar diləyiblər.

AKFA Hakimlər Kollegiyasının hakimlərinin iştirakı ilə keçirilən yarışda DİN İdman Cəmiyyəti, “Qarabağ”, “Samuray”, “Günəş”, “Əlincə”, “Buta”, “Fərasət”, “Zirvə”, MKM, “Qara qaplan”, “Xırdalan”, “Yasamal”, “Budokan”, “Maştağa” və digər idman klublarının təmsilçiləri öz güclərini sınayıblar. Ümumilikdə 25 klub və 450 iştirakçının qatıldığı Birincilikdə “Qarabağ” Karate Klubu yüksək nəticə əldə edərək birinci yeri tutub. Birinci yerin qaliblərinə diplom və medallara yanaşı, kubok və hədiyyələr də təqdim olunub.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button