İdman

Qələbədən sonra kədərli mesaj

“Çox çətin matç oldu. Oyunumuzdan razıyam, amma qarşıda “Mançester Siti” ilə daha bir çətin görüşümüz var”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”yə 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.

Argentinalı mütəxəssis rəqib komandanın futbolçusu Serxio Aqueronun istifadə edə bilmədiyi penaltiyə də münasibət bildirib: “Reallaşdırılmayan penaltinin bizdə özünəinam yaratdı. Bu, oyunumuza müsbət təsir etdi. Futbolçuların keyfiyyətli oyunundan razıyam. Amma qarşıda hələ 90 dəqiqə var”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

M.Poçettino 56-cı dəqiqədə zədələnən Harri Keyn haqda da danışıb: “Bu, çox kədərlidir. Keynsiz bizə çətin olacaq. Amma o, bu mövsümü erkən başa vura bilər”.

Bənzər yazılar

Back to top button