İdman

“Qarabağ” Reynaldonu göndərə bilər

“Qarabağ” mövsümün sonunda braziliyalı hücumçusu Reynaldo ilə yolları ayıra bilər.

Məlumata görə, komandanın məşqçilər heyəti 29 yaşlı futbolçunun durumundan narazıdır.

Qeyd edək ki, Premyer Liqanın son üç turunda Reynaldo meydana buraxılmayıb. Bu gedişlə, mövsmün sonunda “Qarabağ”ın futbolçu ilə yolları ayırmaq ehtimalı yüksəkdir

Xatırladaq ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə də Ağdam klubunda çıxış edib. Ötən ilin fevralından “Aktobe”də oynayan 29 yaşlı futbolçu dekabrda “Qarabağ”a qayıdıb.

(azerisport.com).

Bənzər yazılar

Back to top button