Dünya

Rusiyadan PKK-nın Suriyadakı hərəkətlərinə reaksiya: “Yaxşı qurtarmayacaq…”

“Suriya Demokratik Qüvvələrinin Suriyaya neft üçün qayıdan ABŞ-ın dəstəyinə inanması yaxşı nəticə verməyəcək. Kürdlərə verdikləri sözün üstündə dayanmağı və konyunktura baxımından şübhəli hərəkətlər etməməyi tövsiyə edərdim”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada İslandiyanın Xarici İşlər naziri Qudlauqur Tor Tordarson ilə görüşdən sonra keçirilən mətbuat konfransında terror təşkilatı YPG/PKK-nın Suriyadakı hərəkətlərini şərh edərkən deyib.

YPG/PKK-nın Suriyanın şimalında qeyri-konstruktiv fəaliyyətlə məşğul olduğunu qeyd edən Lavrov YPG/PKK ilə Əsəd rejimi arasında dialoq qurulmasının lazım olduğunu bildirib:

“Kürdlərin haqları Suriyanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində təmin edilə bilər. Onların Suriya rəsmiləriylə dialoq qurması lazımdır”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button