İdman

Ronaldo fərqi

“Ayaks” keyfiyyətli komandadır. Topu saxlamağı bacarırlar. Biz isə yaxşı müdafiə olunduq. Rəqib ikinci hissənin əvvəlində bərabərlik qolunu vurdu. Əziyyət çəkdik. Amma oyunu istədiyimiz kimi bitirdik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/4 finalında “Ayaks”la bərabərə qaldıqları ilk oyundan (1:1) sonra deyib.

“Səfərdə 1:1, 0:0-dan daha uğurlu nəticədir. Amma Turində istədiyimiz kimi oynamalıyıq” – deyə o bildirib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

M.Alleqri komandanın yeganə qolunu vuran Kriştiano Ronaldo haqda da danışıb: “Ronaldo növbəti dəfə sübut etdi ki, başqa səviyyədə futbolçudur. Onun hərəkəti, qol duyğusu, mövqe seçimi digərlərindən fərqlənir”.

Bənzər yazılar

Back to top button