İdman
Ronaldo ilə deyil, gənclərlə…
![](https://aztoday.az/wp-content/uploads/2019/04/ronaldo1.jpg)
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A seriyasında “Spal”la oyunda bir neçə lider futbolçusuna istirahət vermək fikrindədir.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, “Ayaks”la aprelin 16-da keçiriləcək Çempionlar Liqasının təkrar oyununa görə bu addımı atacağını deyib.
“Qarşıdakı oyun bir neçə gənc oyunçu üçün şans olacaq. Ronaldonu və digərlərini sabah oynatmaqla risk etməyin mənası yoxdur” – deyə o bildirib.
Xatırladaq ki, “Spal” – “Yuventus” oyunu aprelin 13-ü Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.