İdman

“Barselona”dan “Tottenhem”ə – 30 milyona

“Barselona”nın yarımmüdafiəçisi Andre Qomeş yeni mövsümdən “Tottenhem”də çıxış edə bilər.

Qol.az-ın “Telegraph” nəşrinə istinadən yaydığı əbərə görə, 25 yaşlı futbolçunun transferi ilə bağlı tərəflər arasında razılıq əldə olunub. London klubu portuqaliyalı oyunçuya görə qarşı tərəfə 30 milyon funt-sterlinq ödəyəcək.

Qeyd edək ki, əgər keçid gerçəkləşsə, bu, “Tottenhem”in 2018-ci ilin qışından bu yana ilk transferi olacaq. Qomeş bu mövsüm icarə əsasında “Everton”da çıxış edir.

Bənzər yazılar

Back to top button