Bizim seçimHadisə

300 min dolları ələ keçirən və Şimali Qafqaza qaçan Azərbaycan vətəndaşı kimdir?

Şimali Qafqazda, Kabardin-Balkar Muxtar Respublikasının Leskensk rayonunda dələduzluğa görə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı tutulub.

Həmin şəxs “Urux” federal nəzarət-buraxılış məntəqəsində əl keçib.

Bu şəxs xüsusilə iri məbləğdə dələduzluğa görə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Onun dələduzluq əməli nəticəsində dəymiş ziyan 284 min dollardan çoxdur. Şəxsin barəsində Azərbaycanda qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi


Leskensk rayon prokurorluğu yerli məhkəməyə bu şəxsin həbs edilməsi barəəd vəsadət verib, məhkəmə vəsadəti təmin edib. Hazırda şəxsin barəsində ekstradisiya materialları Kabardin-Balkar prokurorluğuna göndərilmək üçün hazırlanır. Oradan isə materiallar Rusiya Baş Prokurorluğuna göndəriləcək. Ekstradisiyaya qədər həmin şəxs Kabardin-Balkar təcridxanasında saxlanılacaq. (Virtualaz.org)

Bənzər yazılar

Back to top button