Bizim seçimGündəmSiyasət

Bu gün Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək

Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatskanyan arasında görüş keçiriləcək.

Qaynarinfo xəbər verir ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcəklər.

Qapalı müzakirələr 29 Mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçiriləcək.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

Bənzər yazılar

Back to top button