İdman

“Borussiya”ya “yox” dedi – “Barselona”ya keçir

Mövsümün sonunda “Atletiko”dan ayrılacağı dəqiqləşən Filipe Luis “Borussiya”nın təklifini rədd edib.

Qol.az-ın məlumatına görə, bu barədə “Bild” nəşri xəbər yayıb. Braziliyalı müdafiəçinin “Barselona”ya görə Dortmund təmsilçisinə “yox” dediyi iddia olunur. 33 yaşlı futbolçunun yayda məhz Kataloniya klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, mövsümün sonunda “Atletiko” ilə müqaviləsi başa çatacaq Luislə ölkəsinin “Flamenqo” klubu da maraqlanır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button