İdman

Ronaldo və İrinanın yalanı ifşa olundu – Şok iddia

Tanınmış rusiyalı aparıcı Viktoriya Bonya Kriştiano Ronaldo və keçmiş sevgilisi İrina Şayk haqqında qalmaqala səbəb olacaq açıqlama verib.

Fanat.Az xəbər verir ki, aparıcı Ronaldo və İrinanın münasibətinin saxta olduğunu və reklam xarakteri daşıdığını bildirib:

“İrina Ronaldo ilə 5 illik müqavilə imzalamışdı. Bitəndən sonra isə ayrıldılar. İndiki qadınlar hər şeyə razı olurlar. Ronaldonun indiki sevgilisi Corcina Rodriqeslə münasibəti də saxtadı, müqavilə bağlayıblar. Mən heç vaxt belə bir şey etməzdim. Həqiqi ailə və ər istərdim”.

Qeyd edək ki, Şeyklə Ronaldo 2010-2015-ci illərdə sevgili olublar.

Bənzər yazılar

Back to top button