Bizim seçimGündəmHadisəManşet

Adı maliyyə qalmaqallarında hallanan idarə rəisi işdən çıxarıldı

Maliyyə Nazirliyinin Sabirabad rayon Maliyyə İdarəsinin rəhbəri Hüseynağa Gülüşov işdən azad olunub.

AzToday.az Qafqazinfo-ya istinadən xəbər verir ki, idarənin rəhbəri ötən gün vəzifəsindən çıxarılıb.

Belə ki, Maliyyə Nazirliyi tərəfindən idarədə yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Buna görə də sədr işdən azad olunub.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Məsələ ilə bağlı açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, Hüseynağa Gülüşov dövlət qulluğu olmanın yaş həddini doldurduğuna görə öz arzusu ilə dövlət qulluqçusu vəzifəsinə xitam verilib.

Qeyd edək ki, H. Gülüşovun adı mətbuatda müxtəlif dövrlərdə maliyyə maxinasiyaları məsələsində hallanıb.

Bənzər yazılar

Back to top button