İdman

“Qadınlara qarşı davranışımızı dəyişdirməliyik” – Salah

“Liverpul”un futbolçusu Məhəmmməd Salah Amerikanının “Time” qəzetinə müsahibə verib.

Qol.az-ın məlumatına görə, misirli hücumçu müsahibəsində qadınlara olan münasibətindən də danışıb. O, zərif cinsin nümayəndələrinə qarşı nəzakətli davranmaq lazım olduğunu xatırladıb: “Qadınlara qarşı davranış şəklimizi dəyişdirməliyik. Xanımları hər zamankından daha çox dəstəkləyirəm. Onlar gördükləri münasibətdən daha çoxuna layiqdirlər”.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2017-ci ildən “Liverpul”un şərəfini qoruyur.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button