İdman

ÇL-in yarımfinalçısı yenilənir: transferə 173 milyon ayrıldı

İniltərənin “Tottenhem” klubu heyətində böyük dəyişikliklərə hazırlaşır.

Fanat.Az xəbər verir ki, son iki transfer dönməində heyətinə yeni futbolçu qatmasa da, Çempionlar Liqasında yarımfinala çıxan komandanın baş məşqçisi Maurisio Poçettino yayda 5 oyunçunun alınmasını istəyir.

İngiltərə mediasının məlumatına görə, rəhbərlik argentinalı mütəxəssisə heyəti yeniləmək üçün 150 milyon funt-sterlinq (173 milyon avro) büdcə ayırıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

London klunundan iki ulduz futbolçunun – Kristian Eriksen və Tobi Alderveyreldin ayrılması gözlənilir. Poçettino əvvəlcə onların gedişindən sonra yarımmüdafiədə yaranacaq boşluğu doldurmaq niyyətindədi. Daha sonra sol cinaha bir futbolçu almaq istəyən argentinalı mütəxəssis hücum xəttində Harri Keynə dəstək verəcək bir futbolçu da istəyir.

Bənzər yazılar

Back to top button