İdman

“Real”da qalacağını açıqladı

“Real”ın hücumçusu Kərim Benzema mövsümün sonunda “kral klubu”nu tərk etmək fikrində deyil.

Qol.az-ın “Marca” nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə fransalı futbolçu özü məlumat verib. 31 yaşlı forvard bildirib ki, Madrid klubundan getmək barədə düşünmür:

“Real”da qalmaq istəyirəm. Çünki mən dünyanın ən yaxşı klubunda oynayıram”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, yayda “Ayntraxt”ın hücumçusu Luka Yoviçin “Real”a mümkün keçidini nəzərə alan İspaniya mətbuatı Benzemanın komandadan ayrıla biləcəyini yazmışdı. Təcrübəli futbolçunun paytaxt təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Bənzər yazılar

Back to top button