İdman

Gənc ulduzdan şok açıqlama: “Ronaldo ağlaya-ağlaya gedirdi”

“Ayaks”ın gənc ulduzu Mattis de Liqt Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Fanat.Az xəbər verir ki, 19 yaşlı futbolçu “Yuventus”un ulduzunun Çempionlar Liqasının 1/4 final mərhələsində məğlubiyyətdən sonra ağladığını bildirib:

“Ronaldo ilə forma dəyişdirmək istədim. Amma ağalayaraq paltardəyişmə otağına gedirdi. Onu bir daha görmədim. Biz isə qələbəni qeyd etməyə davam etdik”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, “Ayaks”la “Yuventus” arasında Amsterdamda keçirilən ilk oyun 1:1 hesabı ilə yekunlaşıb. Turindəki cavab matçında isə hollandlar 2:1 hesablı qələbə qazanaraq yarımfinala çıxıblar. De Liqt cavab qarşılaşmasının 67-ci dəqiqəsində “Ayaks”ın qələbə qoluna imza atıb.

Bənzər yazılar

Back to top button