İdman

Poqba gedəcəyinin mesajını verdi

“Mançester Yunayted”də qalıb-qalmayacağı müzakirə olunan Pol Poqba ilə bağlı yeni iddia ortaya atılıb.

Qol.az xəbər verir ki, Fransanın dünyaca məşhur “L`Equipe” nəşri 26 yaşlı yarımmüdafiəçinin ingilis klubundan ayrılacağını yazıb. Artıq Poqbanın bu barədə komanda yoldaşlarına da məlumat verdiyi bildirilir.

Poqbanın hazırkı müqaviləsinin müddəti 2 il sonra başa çatır. Amma Mançester təmsilçisi müqavilənin uzadılması ilə bağlı heç bir addım atmayıb. Bu isə onun satılacağı ehtimalını daha da artırır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Daha əvvəl yayılan xəbərlərə görə isə Poqba Çempionlar Liqasına düşməyəcəyi halda “MY” rəhbərliyindən maaşının artırılmasını tələb edib.

Qeyd edək ki, Poqbanın adı son vaxtlar “Real”la hallanır. Amma onun illik gəlirinin yüksək olması (ilinə 17 milypn avro) və Madrid klubu rəhbərliyi iə futbolçunun meneceri arasındakı gərginlik bu transferi əngəlləyə bilər.

“Real”dan başqa Poqbaya PSJ-nin də maraq göstərdiyi bildirilir.

Bənzər yazılar

Back to top button