İdman

Ronaldo Qvardiolanı istəyir

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın Turin klubunu çalışdırmağını istəyir.

Qol.az-ın xəbərinə görə, bu barədə “Marca” məlumat yayıb. Bildirilir ki, 48 yaşlı mütəxəssisin İngiltərə klubundakı işini bəyənən portuqaliyalı hücumçu onun İtaliya təmsilçisində işləməyinə müsbət baxır.

Xəbərdə o da qeyd olunub ki, “Yuventus”un hazırkı baş məşqçisi Massimiliano Alleqri mövsümün sonu klubu tərk edə bilər. Məhz bu səbəbdən A seriyası təmsilçisində yeni baş məşqçi danışıqları başlayıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, “Yuventus” Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün klub rəhbərliyinin M.Alleqridən narazı olduğu iddia olunur. Buna görə onun 2021-ci ilin iyununda başa çatacaq müqaviləsinin daha tez – yayda ləğv edilə biləcəyi yazılıb.

Bənzər yazılar

Back to top button