İdman

Arda Turan başqa kluba transfer olunur

Arda Turan yayda klubunu dəyişəcək.

Fanat.Az xəbər verir ki, bu barədə Kataloniyada yayımlanan “El Confidencial” qəzeti məlumat yayıb.

Qəzetin iddiasın görə, “Barselona”nın 2020-ci ilədək “Başakşəhər”ə icarəyə verdiyi 32 yaşlı futbolçu klub axtarışındadı. Belə ki, “Barselona” 2015-ci ildə “Atletiko”dan 34 milyon avroya aldığı türk futbolçunu satmaq istəyir. Kataloniyalılar “Başakşəhər”ə onun transfer haqqını almağı təklif etsə də, Super Liqa klubu bundan imtina edib. Bu səbəbdən “Barselona” Ardanı başqa kluba satmaq niyyətindədi.

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm oynadığı 16 matçda qol vurmayıb.

Bənzər yazılar

Back to top button