İdman

“Mançester Siti” və Qvardioladan rekord

İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınmış oyunda “Mançester Yunayted”i məğlub edən (2:0) “Mançester Siti” rekorda imza atıb.

Qol.az xəbər verir ki, “Mançester Siti” bu mövsüm bütün turnirlər daxil olmaqla 157 qol vurub.

“Şəhərlilər” klub tarixində heç vaxt bir mövsümdə bu qədər qol vurmayıb. Bundan əvvəlki rekord (156 qol) 2013/14 mövsümündə qeydə alınmışdı.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bundan başqa, “Siti”nin çalışdırıcısı Pep Qvardiola da rekord müəyyənləşdirib. İspaniyalı məşqçinin rəhbərlik etdiyi kollektiv ardıcıl 3 mövsümdür ki, Premyer Liqada “Mançester Yunayted”i səfərdə məğlub edir. Bunu Qvardioladan əvvəl bacaran olmamışdı.

Bənzər yazılar

Back to top button