İdman

PSJ-dən “Mançester Yunayted”ə 70 milyonluq təklif

“Mançester Yunayted”in qapıçısı David de Xea PSJ-yə keçə bilər.

Qol.az “The Sun”a istinadən xəbər verir ki, Paris klubu ispaniyalı qolkiperi yayda heyətinə cəlb etmək istəyir. Paytaxt təmsilçisinin De Xea üçün “mankunyanlar”a 70 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Klubu ilə yeni müqavilə ilə bağlı rəzılığa gələ bilməyən 28 yaşlı qolkiper hələlik PSJ-nin təklifini cavablandırmayıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, 2011-ci ildən “MY”də çıxış edən De Xeanın müqaviləsi 2020-ci ilin yayına qədərdir.

Bənzər yazılar

Back to top button