İdman

“Barselona”dan 115 milyonluq transfer təklifi

“Barselona” “Mançester Yunayted”in futbolçusuna elçi düşüb.

Fanat.Az xəbər verir ki, Kataloniya klubu Markus Raşfordu heyətinə qatmaq istəyir. “Barselona”nın 21 yaşlı futbolçu üçün 100 milyon funt-sterlinq (115 milyon avro) təklif etdiyi bildirilir.

Raşfordun “Mançester Yunayted”lə 2020-ci ilədək müqaviləsi var. Klub rəhbərliyi ona 2024-cü ilədək nəzərdə tutulan yeni müqavilə və həftəlik 300 min funt-sterlinq maaş təklif etsə də, futbolçu hələ qərarını açıqlamayıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, 21 yaşlı futbolçu cari mövsümdə oynadığı 44 oyunda 13 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button