İdman

PSJ transfer bombasını partlatdı

PSJ transfer çalışmalarına erkən başlayıb.

Fanat.Az xəbər verir ki, artıq Paris klubunun yayda heyətinə qatacağı ilk futbolçu bəllidi. Belə ki, PSJ “Mançester Yunayted”in ulduzu Ander Herrera ilə anlaşıb.

29 yaşlı ispan futbolçunun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Buna görə, PSJ onun üçün transfer haqqı ödəməyəcək. Herrera 3 illik müqaviləyə imza atacaq.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, Herrera “Mançester Yunayted”ə 2014-cü ildə “Atletik”dən 36 milyon avroya transfer olunub. Cari mövsümdə 26 oyuna çıxan ispan yarımmüdafiəçi 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button