Bizim seçimCəmiyyət

Bayram Məmmədov azad edildi

Onun inzibati həbs müddəti başa çatıb

Ötən ay 30 sutka inzibati həbs cəzası verilən gənc fəal Bayram Məmmədov azadlığa çıxıb.

Bizimyol.info xəbər verir ki, Bayram Məmmədov polisə müqavimət göstərməkdə ittiham edilərək Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası almışdı.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bu qərardan verilən apellyasiya şikayəti ilə bağlı prosesdə Bayram ittihamı rədd etmiş və saxlandıqdan sonra polis tərəfindən fiziki təzyiqə məruz qaldığını bildirmişdi.

Qeyd edək ki, B.Məmmədov 2016-cı ildə külli miqdarda narkotik dövriyyəsi ilə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Gənc fəal ittihamları qəbul etməyib və siyasi sifarişlə həbs edildiyini bəyan edib.

O, martın 17-də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Bənzər yazılar

Back to top button