İdman

Madridə “Real”la qayıtmadı – Beylə nə olub?

Son zamanlar oyununa görə tənqid olunan “Real”ın futbolçusu Qaret Beyl komandadan ayrı hərəkət etməyi ilə də diqqət çəkib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uelsli hücumçu La Liqanın 35-ci turunda “Rayo Valyekano” ilə matçdan sonra komandanın futbolçularını daşıyan avtobusa minməyib. O, avtomobillə hava limanına, oradan da şəxsi təyyarə ilə Madridə gedib.

Qeyd edək ki, “Real”ın baş məşqçisi Zinəddin Zidan səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra Beylin diqqətini futbola yönəltdiyinə əmin olmadığını deyib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Əlavə edək ki, Madrid klubunun mövsümün sonu 29 yaşlı oyunçu ilə yolları ayıracağı gözlənilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button