
Ermənistan silahlı qüvvələrinin təxribat qrupunun üzvü ələ keçirilib.
AzToday.Az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat mərkəzi yayıb.
Məlumatda bildirilir ki, iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.
Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.