İdman

Kloppdan “Barselona” azarkeşlərini qəzəbləndirən açıqlama

“Liverpul” Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” ilə qarşılaşacaq.

Fanat.Az xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp rəqib barədə danışıb.

Alman mütəxəssis “Barselona”nın ev oyunlarını keçirdiyi “Nou Kamp” stadionu ilə bağlı danışarkən rəqib azarkeşləri qəzəbləndirəcək sözlər deyib: “Nou Kamp” sadəcə bir futbol stadionudu. Olduqca böyükdü, amma futbolun məbədi deyil. İndiyədək bu stadionda pis oynayan komandalar olub. Bu dəfə biz orda oynamağı təcrübədən keçirəcəyik. Ümid edirəm ki, bacaracağıq”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, “Barselona” azarkeşləri “Nou Kamp”ı məbəd adlandırır.

Bənzər yazılar

Back to top button