İdman

Dünyanın ən bahalı futbolçusunu gözləyən təhlükə

PSJ-nin futbolçusu Neymarı ağır cəza gözləyir.

Fanat.Az xəbər verir ki, buna səbəb onun Fransa Kubokunun “Renn”lə final oyununda azarkeşi vurması olub.

Neymar penalti seriyasında yenildikləri oyundan sonra mükafatlandırma mərasiminə yollankən onu tənqid edən bir azarkeşi yumruqla vurub. “L’Equipe” nəşrinin məlumatına görə, bu hərətək futbolçuya ağır başa gələ bilər. Belə ki, braziliyalı uluduzu 8 oyunluq cəza gözləyir. O, ən yaxşı halda 5 oyun cəza ala bilər.

Qeyd edək ki, “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunan Neymar dünyanın ən bahalı futbolçusudu.

Bənzər yazılar

Back to top button