İdman

“Qalatasaray”ın transfer bombası

“Qalatasaray” mövsüm başa çatmamış transfer çalışmalarına start verib.

Fanat.Az “Sky Sport”a istinadən xəbər verir ki, İstanbul klubu “Fulhem”də çıxış edən Rayan Babellə rəsmi danışıqlara start verib.

Qış fasiləsində “Beşiktaş”dan Premyer Liqaya transfer olunan 32 yaşlı sol cinah oyunçusu Türkiyəyə dönmək isəyir. Babelin müqaviləsi mövsümün sonunda başa çatacaq və “Qalatasaray”a transfer haqqı ödənmədən keçəcək.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, “Beşiktaş” Babeli “Fulhem”ə 2 milyon avroya satıb. Hollandiyalı futbolçu Premyer Liqada keçirdiyi 14 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button