İdman

“Real”ın 540 milyonluq transfer planı

“Real” yeni mövsüm heyətində ciddi dəyişikliklər etmək üçün transferlərə təqribən 540 milyon avro ayırmağı planlaşdırır.

Qol.az-ın xəbərinə görə, bu barədə “AS” nəşri məlumat yayıb. Bildirilir ki, Madrid klubu Pol Poqba (“Mançester Yunayted”), Eden Hazard (“Çelsi”), Kristian Eriksen (“Tottenhem”), Tanquy Ndombele (“Lion”) və Luka Yoviçi (“Ayntraxt”) transfer etmək istəyir. Yeni mövsüm üçün ilk olaraq “Portu”dan 50 milyon avroya Eder Militaonu alan “Real” ümumilikdə bütün futbolçular üçün 540 milyon avro ödəməyi düşünür.

“Kral klubu” Poqbaya təqribən 150 milyon, Hazarda 112 milyon, Eriksenə 85 milyon, Ndombeleyə 80 milyon, Yoviçə 60 milyon avro təzminat ödəməyə hazırlaşır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bu yüksək məbləği verə bilmək üçün “Real” yayda Qaret Beyl, Xames Rodriqes və Mateo Kovaçiçi satmaq və bundan ümumilikdə 150 milyon avro əldə etməyi düşünür. Bundan başqa, klub yaxın günlərdə forma sponsoru “Adidas”la imzalayacağı müqavilədən 100 milyon avro gəlir əldə edəcək.

Bənzər yazılar

Back to top button