İdman

“Real”ın ikinci transferi açıqlandı – 60 milyon avro

Cari mövsümdə qatıldığı bütün turnirlərdə uğursuz çıxış edən “Real” ikinci transferini reallaşdırıb.

Fanat.Az xəbər verir ki, bundan əvvəl “Portu”dan Eder Militaonun transferini açıqlayan “Kral Klubu” Frankfurt “Ayntraxt”ından Luka Yoviçi keçidini həll edib. Bu barədə kluba yaxınlığı ilə tanınan AS qəzeti məlumat yayıb.


Məlumatda bildirilir ki, “Real” 21 yaşlı serb futbolçu üçün 60 milyon avro ödəyəcək. “Ayntraxt”la “Benfika” arasındakı anlaşmaya əsasən bu məbləğin 12 milyon avrosu Portuqaliya klubuna çatacaq.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Real” Yoviçlə 6 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 21 yaşlı hücumçu bu mövsüm Almaniya klubunun heyətində 44 oyun keçirərək 26 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button