İdman

Messi, Suares, Pike oynamayacaq

“Barselona”nın futbolçuları Mark-Andre Ter Ştegen, Serxi Roberto, Jerar Pike, Jordi Alba, Lionel Messi və Luis Saures La Liqanın 36-cı turunda “Selta” ilə oyunu buraxacaqlar.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, sözügedən oyunçular matç üçün heyətə daxil edilməyib. Ötən turda çempionluğu rəsmiləşdirən komandanın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinalında “Liverpul”la cavab oyunu öncəsi onlara istirahət vermək qərarına gəlib.

Qeyd edək ki, “Selta” – “Barselona” görüşü bu gün Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button