Bizim seçimHadisə

Salyandakı qəzada həyatını itirənlərdən biri məmur imiş

Bu gün səhərə yaxın Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən 90-cı km-də iki nəfərin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un məlumatına görə, Cəlilabad rayon sakini Məmməd Vəkil oğlu Məmmədovun idarə etdiyi 15 BP 933 dövlət nömrə nişanlı “Hundai Tucson” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sürücü və sərnişin hadisə yerində dünyasını dəyişib.

“Hundai-Tucson”un sürücüsü, 47 yaşlı Məmməd Məmmədov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Ərazi İdarəsində ümumi şöbənin müdiri işləyirmiş.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Xatırladaq ki, qəzada onun sərnişini də dünyasını dəyişib. Avtomobildəkilərin Salyana balıq ovuna getdikləri deyilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button