İdman

“Bəhanəyə ehtiyac yoxdur” – Valverde

“Liverpul” oyuna yaxşı başladı. Bunu gözləyirdik. İlk qolu vurduqdan sonra cəsarətləndilər. İkinci qoldan sonra isə oyuna nəzarəti itirdik. Ardınca da hesab 3:0 oldu. Biz də epizodlar yaratdıq, amma dəyərləndirə bilmədik. Bəhanəyə ehtiyac yoxdur. “Liverpul” bizdən daha yaxşı idi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinalında “Liverpul”a 0:4 hesabı ilə uduzduqları cavab oyunundan sonra deyib.

“Liverpul” çox istəkli idi. İlk qolu tez vurduqları üçün daha da oyuna kökləndilər. Suaresin 2:0-dan öncə çox önəmli qol fürsəti oldu. Həmin an qol vursaydı, hər şey daha fərqli ola bilərdi. Oyunçularıma “ötürmələr verin, oyuna nəzarəti ələ alın, təzyiqi düşürün” dedim, amma bunu bacarmadılar. Dördüncü qol zamanı isə nələr oldu bilmədim” – deyə o bildirib

Vaverdə ötən mövsüm “Roma” ilə matçda olduğu kimi bu mövsüm də “Liverpul”a gerindönüş nəticəsinə uduzmaqlarına üzüldüyünü söyləyib: “Bu nəticə bəhanə gətirməyimizi mümkünsüz edir”.

İspan mütəxəssis bu nəticədən sonra istefaya göndərilib-göndərilməyəcəyini bilmədiyini vurğulayıb: “Hazırda bu barədə düşünmək istəmirəm. Belə nəticələrdə ilk günahlandırılan şəxs baş məşqçidir”.

Bənzər yazılar

Back to top button