Bizim seçimİdman

“Futbolda hər şeyin mümkün olduğunu göstərdik” – Klopp

“Liverpul”un baş məşqçisi Yurqen Klopp komandasının “Barselona” üzərində qazandığı möhtəşəm qələbəni (4:0) belə şərh edib:

“Mənə oyundan əvvəl belə bir şey olacağını desəydilər, inanmazdım. Bəlkə də, dünyanın ən yaxşı komandasına qarşı oynayırdıq. Qələbə qazanmaq, onsuz da, çətin idi, ancaq qalib gəlmək və qol buraxmamaq… Belə bir şey sonuncu dəfə nə vaxt olub, bilmirəm. Bu, inanılmazdı.

Oyundan sonra Ceyms Milnerin meydanda ağladığını gördüm. Bu, bizim hamımız üçün çox böyük məna ifadə edir. Futbolun ən gözəl anlarından, ən gözəl hisslərdən söhbət gedir. Belə emosional atmosfer yarada bilmək çox vacib idi. Hər şey oyunçuların əlində idi.

Cəsarət və potensialın kombinasiyasını heç vaxt görməmişdim. Belə oyunda özündən çox əmin olmalısan. Divok (Oriqi) və Şakirinin oyun praktikası az idi. Ancaq meydana çıxıb, bu cür oyun nümayiş etdirmələri inanılmazdı. Futbolda hər şeyin mümkün olduğunu göstərdik. Gözəl anlardı, həm də çox gözəl.

Oyuna ciddi yanaşmaqla yanaşı, cəsarətli olmaq məcburiyyətində idik. “Barselona” şablon şeylərə qarşı yaxşı müdafiə olunur. Ona görə də, təxmini bəlli olmayan yollardan istifadə etmək lazımdı.

Sonuncu qol? Topun qapıya daxil olmağını görsəm də, küncdən zərbə zamanı nə etdiklərini tam olaraq görmədim. Heç kimin korneri yerinə yetirdiyini də bilmirəm”.

Bənzər yazılar

Back to top button