İdman

“Barselona”dan şok qərar: 10 futbolçu yola salınır – SİYAHI

İki mövsümdə Çempionlar Liqasında uğursuz çıxış edən “Barselona” heyətində böyük dəyişikliklərə hazırlaşır.

Fanat.Az İspaniya mediasına istinadən xəbər verir ki, Kataloniya klubu yayda 10 futbolçu ilə yollarını ayıracaq. Bunlardn 8-i müqavilə ilə kluba məxsusdu, 2-si icarə əsasında Kataloniya təmsilçisində forma geyinir.

Gedənlər arasında “Liverpul”dan 135 milyon avroya alınan Filip Kountinyo və Dormund “Borussiya”sından 125 milyon avroya transfer olunmuş Osman Dembele də var.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Onlarla yanaşı, Casper Killessen, İvan Rakitiç, Samuel Umtiti, Malkom, Tomas Vermaelen və Rafinya yola salınacaq.

Həmçinin “Sassuolo”dan icarəyə götürülmüş Kevin Prins Boateng və “Valensiya”dan icarəyə götürülən Ceyson Murillo da geri qaytarılacaq.

Bənzər yazılar

Back to top button