Hadisə

Goranboyda qəza nəticəsində vəzifəli şəxs öldü

Goranboy rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Minik və yük maşınlarının toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun Safukürd kəndindən keçən hissəsində baş verib. Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Əliyev Rauf İsmayıl oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Əliyev Xocalı Rayon İcra Hakimiyyəti Aparatının baş mütəxəssisi vəzifəsində işləyirdi.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button